• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1246
— 11.02.2021 12:08

“Ermənistan razılaşmaları tam şəkildə yerinə yetirməlidir”

KepezTV Player

“Ermənistan noyabrın 10-da imzalanan bütün razılaşmaları tam şəkildə həyata keçirməlidir”. Bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Karotçenko Bakıda keçirdiyi mətbuat konfransında deyib. Vurğulayıb ki, Ermənistanda siyasi böhran davam edir, lakin Ermənistan xalqı ölkəni səmərəsiz şəkildə idarə etmiş şəxslərin geri qayıtmasını da istəməyəcək. “İndi bu ölkədəki vəziyyət Puşkinin məşhur nağılını xatırladır: Ermənistan çoxu istəyib, azdan da məhrum oldu”, - deyə Korotçenko belə söyləyib.

İqor Korotçenko - rusiyalı hərbi ekspert: Azərbaycan çox effektiv və dinamik şəkildə inkişaf edir. Bu bütün millətlərin bərabər olduqları, özlərini eyni dərəcədə yaxşı hiss etdikləri, bütün mədəniyyətlərin və dinlərin qorunduqlarını hiss etdikləri dünyəvi dövlətdir. Azərbaycanla güc dilində danışmaq mümkün deyil. Vətən müharibəsini pilotsuz uçuş aparatları deyil, xalq uddu və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi hərbi qələbədə əsas rol oynadı. Şuşa şəhərinin işğaldan azad edilməsi Dağlıq Qarabağdakı hərbi əməliyyatların dönüş nöqtəsi oldu. Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ölkənin iqtisadi inkişafında yeni nailiyyətlərə gətirib çıxaracaq. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması təkcə Azərbaycanın deyil, həm də Ermənistanın marağındadır.