KepezTV Player
Türkiyə Milli Müdafiə Nazirliyi Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021”-dən yeni görüntülər paylaşıb. “Qəhrəman komandolarımız qardaş Azərbaycanla ilə birgə icra etdiyimiz “Qış təlimi-2021” təlimlərinin Müşahidə gününə hazırdırlar”, - deyə nazirliyin "Twitter" səhifəsində edilən paylaşımda vurğulanır. Bu gün təlimlər çərçivəsində Müşahidəçi günüdür. “Qış təlimi-2021”-in yekun mərhələsini həmkarı Hulusi Akarın dəvəti ilə Türkiyəyə səfər edən Müdafiə naziri Zakir Həsənov da izləyəcək.
- Baxış: 389