• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2333
— 10.02.2021 11:25

Koronavirusun yeni ştammına yoluxma riski çox azdır

KepezTV Player

COVİD-19-a yoluxub sağalanlar və peyvənd olunanlar üçün virusun yeni ştammına yoluxma riski çox az olur. Bunu həkim infeksionist Fərrux Sədirov deyib. Onun sözlərinə görə, virus mutasiya olunsa belə, onun bu strukturu COVİD-19-un ana strukturuna, hətta 50 il əvvəlki virusun ana strukturuna bənzəyir. Sədirov qeyd edib ki, uşaqlar risk qrupuna daxil olmadığından onların hələki peyvəndlənməsi lazım deyil.