• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 05.02.2021 12:18

Peyvənd olunmaq istəyənlərin onlayn müraciətinə başlanılıb

KepezTV Player

Bu gündən Azərbaycanda koronavirusa qarşı peyvənd olunmaq istəyən vətəndaşların yeni yaradılan randevu.its.gov.az saytı üzərindən müraciətinə başlanılıb. Randevu sistemi 65 yaş və üzəri, həmçinin son 1 il ərzində COVID-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulub.Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara SMS vasitəsilə məlumat veriləcək və onlar peyvəndin birinci dozasını vurdura biləcəklər. Fevralın 8-dən başlayaraq yaşı 65-dən yuxarı olan vətəndaşlara peyvənd vurulacaq.  Yalnız öncədən qeydiyyatdan keçməklə vaksinasiya üçün müraciət etmək mümkündür və ikinci dozanın vurulması birinci dozanın vurulduğu məntəqədə həyata keçiriləcək.Gün ərzində 3 dəfə randevu dəyişikliyinə icazə verilir.