• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1234
— 04.02.2021 10:00

Ənənəvi tədris bərpa olunur

KepezTV Player

Təhsil Nazirliyinin təklifinə əsasən, ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə əyani formada bərpa olunur. Fevralın 8-dən Bakı, Sumqayıt və Abşeron istina olmaqla digər şəhər və rayonlarda yerləşən, layihə tutumu və şagird sıxlığı sosial məsafəni gözləməyə imkan verən məktəblərdə I-IX siniflərdə dərslər həftədə 5 dəfə, sosial məsafəni gözləməyin mümkün olmadığı məktəblərdə isə 3 dəfə keçiləcək. Təhsil Nazirliyinin tabeliyində olan, dərnək üzvləri arasında sosial məsafəni gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək. Fevralın 15-dən məktəbəqədər təhsil müəssisələrində təlim əyani formada bərpa olunur. Həmçinin xüsusi məktəblərdə I-IX siniflərdə həftədə 5 dəfə olmaqla dərslər keçiləcək. Fevralın 15-dən həmçinin ali və orta ixtisas, peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin, mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi ənənəvi formada bərpa olunacaq.