• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1436
— 03.02.2021 19:48

Məktəblərin yenilənməsi davam edir

KepezTV Player

Bu ilin sonuna kimi Gəncədə 760 yerlik yeni məktəb binası tikilərək istifadəyə veriləcək. Eləcə də şəhərdəki 3 təhsil ocağında cari təmir işləri yekunlaşacaq.

Arzu Əliyeva - 10 nömrəli tam orta məktəbin direktoru: Kontingentin böyük olmasına baxmıyaraq sinif otaqları çox kiçik, təmirsiz idi. 1936-cı ildən tikilən məktəbə əl gəzdirilməmişdi. Bu müddət ərzində əsaslı təmir edilməmişdi. Həqiqətəndə 10 nömrəli tam orta məktəbin əsaslı tikintiyə böyük ehtiyacı var idi.

85 illik tarixə malik olan məktəb üçün yeni binanın tikintisinə hazırlıqlar gedir. Əsas korpus və yardımçı tikilidən ibarət olan təhsil ocağında söküntü işləri aparılır. İki mərtəbəli binanın yerində 2 korpusdan ibarət 760 şagird yerlik məktəb inşa ediləcək. Məktəbin iki idman zalı, bufeti, sinif otaqları ilə yanaşı kompyuter və laboratoriya kabinetləri də olacaq. Ayrıca qazanxana, transformator və su anbarı da inşa ediləcək. Tikinti işlərinə martın əvvəlində başlanılacaq.

Arzu Əliyeva - 10 nömrəli tam orta məktəbin direktoru: 2020-ci ilin iyun ayında cənab prezidentin Gəncə şəhərinə növbəti səfəri olmuşdu. Bu səfərdən sonra Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin yenidən tikilməsi ilə bağlı sərəncam imzalamışdı. Hazırda məktəbimiz Gəncə şəhər 11 nömrəli orta məktəbin binasında yerləşdirilir. Orada ikinci növbədə biz təhsil alırıq. Əminik ki, növbədi tədris ili üçün bizim məktəbimiz yenidən istifadəyə veriləcəkdir.

Bununla paralel olaraq 5 nömrəli məktəbin cari təmiri aparılır. 3 korpusu olan 1176 yerlik təhsil ocağında yeni siqnalzasiya sistemi quraşdırılıb. Elektrik xətləri tamamilə yenilənib, qazanxanası işlək vəziyyətə gətirilib.

Bəhrəm İmranov - 5 nömrəli tam orta məktəbin direktoru: Dörd informatika sinfi var idi, əlavə iki sinfi də açdılar. Həftənin altıncı gününə kimi qazanxana sistemi işləyib. Bizdə mavi yanacaqla işləyir. Hətta keyfiyyəti itirilmiş, deşilən radiyatorların dəyişilməsi üçün 26 radiator gətirilib. Müəyyən hissəsi dəyişdirilib. Altəncı gün məktəbdə dərs olmayacaq. Hansı ki, dəhlizlərdə, otaqlarda olan deşik radiatorlar altıncı gün dəyişdiriləcək.

Anar Qədiməliyev - Təhsil İdarəsinin müdiri: Biz Təhsil Nazirliyinin müvafiq qrumuna müraciət etmişik. Onların da operativ xidmət qrupu hazırda Gəncədə bir neçə gündür ki, fəaliyyət göstərir bütün problemlərin aradan qaldırılması üçün çalışırlar. İşlər davamlı olaraq gedir. Müəyyən mövcud məsələlər həll olunsa belə risq var bu yenidən yaransın. Bu baxımdan bütün sistemi yeniləmək, təzələmək məcburiyyətində qalırıq. Komanda ona görə operativ şəkildə işləyir. Düşünürəm ki, heç bir sıxıntı olmuyacaqdır.

719 şagirdlik 43 nömrəli məktəbdə də texniki problemlər aradan qaldırılır, 2 mərtəbəli korposun 51 sinif otağında istilik sistemləri yenilənir. Cari işlər aparıldığından şagirdlər müvəqqəti olaraq 34 nömrəli məktəbdə təhsil alırlar. Bütün işlərin tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.

 

Elnur Vahidoğlu