• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1508
— 03.02.2021 19:37

Prezident İlham Əliyev Sərəncam imzalayıb

KepezTV Player

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif Qafar oğlu Rəhimzadə “Şərəf” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin sərəncamı ilə Timuçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə Məmmədov Fəxri Afiq oğlu Qazax Rayon Məhkəməsinin, Musayev Taleh Valeh oğlu Şəmkir Rayon Məhkəməsinin hakimi təyin edilib.
Azərbaycan Prezidenti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 illiyi münasibətilə gender problemlərinin həlli və sosialyönümlü siyasətin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə qurumun bir qrup əməkdaşının “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunması haqda da sərəncam imzalayıb.