• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1565
— 03.02.2021 16:09

"Əlaqələri genişləndirmək və sənayenin inkişafına töhfə vermək əzmindəyik"

KepezTV Player

Prezident qəbul “Maire Tecnimont Group”== "İndi tariximizin yeni səhifəsidir. Azərbaycan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək". Prezident İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib ki, hər şey məhv olunduğundan, bütün binalar, zavodlar, tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edildiyindən hər şeyi sıfırdan etməli olacağıq.

"Fəaliyyətimizin bu istiqaməti üzrə bizə yaxşı tərəfdaşlar lazım olacaq" deyən Dövlət başçısı “Maire Tecnimont” kimi aparıcı beynəlxalq şirkətlə əməkdaşlığın Azərbaycana gələcəkdə də kömək edəcəyinə diqqət çəkib. İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini, ölkələrin strateji tərəfdaş olduğunu vurğulayan Azərbaycan Prezidenti italyan şirkətlərin ərazilərimizin bərpası ilə bağlı layihələrdə çox fəal olacaqlarına ümid etdiyini bildirib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: "Sizə deyə bilərəm ki, artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkəti dəvət olunub. Əminəm ki, onların sayı daha da artacaq. Çünki mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Yaxşı ingilis deyimi var: yaxşı dost dar gündə tanınar. Bu çətin anda siz dostlarınızın həqiqətən kimin olduğunu anlayırsınız. Bu, çox vacib və dəyərli bir məsələdir".

“Yaşıl kimya” sahəsinin texnoloji inkişaf baxımından yenilik kimi qiymətləndirən Prezident İlham Əliyev bunun gündəliyə tam uyğun olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, əvvəlki illərdə həyat tərzini yaxşılaşdırmaq və xüsusən də bütün çirklənmiş sahələri təmizləmək üçün çox işlər görmək lazım idi.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Biz böyük sərmayələr yatırdıq, torpaqlarda çoxlu rekultivasiya işləri apardıq. Ətraf mühitin qorunmasına aid bir çox məsələlərlə məşğul olduq. Bu, davam edəcək. Buna görə, “yaşıl enerji” konsepsiyası, əsasən, Azərbaycan üçün irəliyə aparan yoldur. Bu, bütün ölkəyə və xüsusən də azad olunmuş ərazilərə aiddir. Mən artıq bəyan etmişəm ki, azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək. Onlar Azərbaycanın böyük hissəsini təşkil edir. Eyni zamanda, biz orada “ağıllı şəhər”, hətta “ağıllı kənd” adlanan müasir texnologiyaları tətbiq edəcəyik. Bu, həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyduğumuz digər bölgələri üçün yaxşı nümunə olacaq. Biz Azərbaycanda ən qabaqcıl texnologiyaları tətbiq etmək istəyirik. Çünki ölkə müasirləşməlidir, intellektual baxımdan bacarıqlı olmalıdır və sənaye sahəsində güclənməlidir ki, biz neft və qaz qiymətlərindən asılı olmayaq. Bu, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək.

Azərbaycan Prezidenti Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsindən də danışaraq bu istiqamətdə işlərin getdiyini deyib. “Maire Tecnimont Group”un sədri Fabrizio Di Amato Dağlıq Qarabağdakı gərgin dövrü geridə qoymaq münasibətilə dövlət başçısını təbrik edib, Azərbaycana çox yaxın olaraq həmin mühüm vaxt bütün italyanların diqqətinin burada olduğunu vurğulayıb. "Azərbaycanla əlaqələri genişləndirmək və sənayenin inkişafına töhfə vermək əzmindəyik" - deyə Fabrizio Di Amato bildirib. .