• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1263
— 03.02.2021 16:02

Türkiyə Azərbaycana 10 minaaxtaran it hədiyyə edib

KepezTV Player

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin 23 nəfərdən ibarət pirotexnik və istehkam qrupu Türkiyədə Xüsusi Mina Axtarış və Təmizləmə kursunu müvəffəqiyyətlə bitirərək Azərbaycana qayıdıb. İzmirdə İstehkam Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçirilən kurslarda iştirak edən FHN əməkdaşları ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi sahəsi üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər. Türkiyə Milli Müdafiə Nazirliyi ikitərəfli əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycan FHN-ə 10 xüsusi təlim keçmiş minaaxtaran it də hədiyyə edib. FHN-in kinoloqlarının həmin itlərin ölkəmizə gətirilməsi, həmçinin müvafiq sahədə bacarıqlarının artırılması məqsədilə Türkiyəyə ezam olunması üçün hazırlıq işləri görülür.