KepezTV Player
"Ötən ilin dekabrından Vətən müharibəsində iştirak edən qazilərimiz müasir protezlə təmin olunub". Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Cavid Əbdül-Qədirovun sözlərinə görə, dünyanın məşhur protez istehsalçılarından “OTTO BOKK” şirkəti ilə əməkdaşlıq şəraitində yaradılan sexdə “Genium” sistemi üzrə protezlər hazırlanır. Bu protezlər yüksək aktivlik və funksionallıq dərəcəsinə malikdir. Elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz, rahat hərəkətə imkan verir.
- Baxış: 305