• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1183
— 03.02.2021 11:58

Ermənistanda faşizmin qəhrəmanlaşdırılması haqqında film hazırlanıb

KepezTV Player

İkinci Dünya müharibəsi illərində Hitler Almaniyası ilə əməkdaşlıq etmiş erməni əsilli faşist Qaregin Njde və bu gün Ermənistanda faşiszmin qəhrəmanlaşdırılması siyasəti haqqında Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən ingilis dilində qısa film hazırlanıb. Filmdə, bu yaxınlarda ABŞ-ın nüfuzlu yəhudi qəzeti olan “Forward” tərəfindən dünyanın müxtəlif yerlərində hələ də mövcud olan, vaxtilə faşist Almaniyası ilə əməkdaşlıq etmiş, Holokost zamanı yəhudilərin öldürülməsində iştirak etmiş və ya buna kömək etmiş şəxslərə qoyulan abidələr ilə bağlı ilk dəfə geniş araşdırma aparıldığı qeyd olunur. Bildirilir ki, həmin faşist abidələrindən 22-si hazırda Ermənistandadır. Hazırda Ermənistanın faşist abidələrinin sayına görə dünyada ən öndə gedən dövlətlərdən olduğu diqqətə çatdırılır. Vurğulanır ki, 1942-ci ildə faşist Almaniyası tərəfindən yaradılmış Vermaxtın Erməni Legionuna rəhbərlik etmiş Qaregin Njde hələ də Ermənistan və onun diasporu tərəfindən milli qəhrəman hesab olunur. Njdeyə 2016-cı ildə Yerevan şəhərində heykəl ucaldıldığı diqqətə çatdırılır. Həmçinin vurğulanır ki, Yerevanda Njdenin adını daşıyan meydan və metro stransiyası mövcuddur, dövlət sifarişi ilə bu faşist cəlladını qəhrəmanlaşdıran filmlər çəkilir.