• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1102
— 03.02.2021 12:01

"Fransadan gəlmiş bəzi şəxslər Qarabağda bir çox cinayət əməlləri törədib"

KepezTV Player

Yaxın Şərq üzrə məşhur fransalı tədqiqatçı Sebastien Bussua “Le Journal Général de l'Europe” jurnalında dərc olunan məqaləsində Fransadan getmiş bəzi şəxslərin Qarabağda törətdiyi cinayətləri araşdırıb. Bussua "Lagazetteaz.fr"yə müsahibəsində deyib ki, araşdırma məqaləsində qarşıya qoyulan məqsəd aparılan müzakirələri müəyyən qədər balanslaşdırmağa çalışmaqdır, çünki Azərbaycan haqqında, guya Türkiyə və başqalarının ona müharibəni aparmaqda dəstəyi haqqında geniş müzakirələr aparılırdı."Fransada informasiya emalında böyük bir tarazsızlığın olduğunu göstərmək istəyirdim, çünki ermənipərəst medialarda təsir dairəsi olduqca güclüdür. Halbuki ermənilərin, habelə Fransadan gəlmiş bəzi şəxslərin Qarabağda törətdiyi və beynəlxalq hüquq tərəfindən qınanılası bir çox cinayət əməlləri olub", - deyə tədqiqatçı vurğulayıb.