• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1907
— 03.02.2021 12:02

“Beynəlxalq biznes işğaldan azad olunmuş torpaqlara dəvət edilməkdədir”

KepezTV Player

“Avropa İttifaqı Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir”. Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bel' deyib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Beləliklə də beynəlxalq tərəfdaşlıq, beynəlxalq biznes artıq işğaldan azad olunmuş torpaqlara dəvət edilməkdədir. Çünki birlikdə əməkdaşlıq etmək niyyəti bildirilir. Ən qabaqcıl müasir texnologiyalar, rəqəmsal texnologiyaların gətirilməsi də planlaşdırılır. Ümid edək ki, bu sahədə də biznes komponenti Azərbaycanla Avropa İttifaqı arasında güclənəcək- deyə Aİ-nin səfiri vurğulayıb. Ötən il baş tutmamış Avropa-Azərbaycan biznes forumunun yenidən baş tutacağına ümid etditini, tezliklə yenidən biznes mühiti sorğusu keçiriləcəyini də əlavə edib.