• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1914
— 29.01.2021 19:12

Müdafiə nazirləri arasında telefon danışığı olub

KepezTV Player

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Tərəflər Qarabağda atəşkəsə nəzarət edəcək və Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı fikir mübadiləsi aparıblar. Akar Monitorinq Mərkəzinin formalaşdırılması istiqamətində işlərin tamamlandığını bildirib: "Mərkəzdə bir generalımız və 38 personalımız təmsil olunacaq. Mərkəzin atəşkəsin davamlılığı, sülhün və sabitliyin bərqərar olunmasına töhfə verəcəyinə inanırıq deyə türkiyəli nazir bildirib.