KepezTV Player
Xarici işlər naziri Ceyhun Bayramov Rusiyalı həmkarı Sergey Lavrovla bölgədəki vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə edib. Telefon danışığı zamanı həmçinin ikitərəfli münasibətlərin müxtəlif aspektləri, beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT və digər çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar. Qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
- Baxış: 236