• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1489
— 28.01.2021 12:29

Kafe və restoranlar həftəsonları da işləyəcək

KepezTV Player

Fevral ayının 1-dən etibarən şənbə və bazar günləri də ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək. Bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Bildirib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə hələlik dəqiq məlumat yoxdur, bu barədə əlavə məlumat veriləcək.Nazirlər Kabinetinin qərarına əsasən, fevralın 1-dən ictimai iaşə obyektləri, restoran, kafe, çay evlərində səhər saat 6-dan gecə 12-dək müştərilərə yerində xidmətlər bərpa olunur.