• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1032
— 27.01.2021 16:16

Şəmkir məktəbləri tədrisə hazırdır?

KepezTV Player

Koronavirus pandemiyası səbəbindən tədrisdə yaranan fasilə aradan qaldırılır. Fevralın 1-dən etibarən ölkənin bütün təhsil müəssisələrində ibtidai siniflərdən tədris bərpa olunur. Bu səbəbdəndə məktəblərdə hazırlıq işləri aparılır. Şəmkir rayonunda məktəblərin istiliklə təchizatı, eləcə də virusun yayılma riskini minimuma endirmək üçün qabaqlayıcı tədbirlər görülür.

Şəmkir rayonunda fəaliyyət göstərən təhsil müəssisələrindən 47- də  mərkəzi qazanxana sistemi yaradılıb. Aylardır tədrisdə yaranan fasilə səbəbindən məktəblərdə istilik cihazları da işləməyib. Dərslərin bərpası isə qış fəslinə təsadüf etdiyindən təhsil müəssisələrində istilik sistemlərinin saz vəziyyətə gətirilməsi istiqamətində işlər görülür.

Gülbəniz Bayramova Abbaslı kənd tam orta məktəbin direktoru Məktəbimiz 2012-ci ildə istifadəyə verilib. Tam yeni standartlara uyğun bir məktəbdir. Mərkəzi qazanxana sistemimiz var. Qazanxanya baxış keçirilib və tam təmir olunub.

Şəmkirdə daha 29 məktəb isə soyuq qış aylarında odun yanacağı ilə qızdırılır. Belə məktəblərdə artıq lazımı qədər odun təchizatı aparılıb. Bu səbəbdən də sinif otaqlarında istiliklə bağlı çətinlik yaşanmayacaq.

Qətibə Məmmədova Yeni Həyat kənd tam orta məktəbinin direktoru Məktəbimiz fərdi qaydada qızdırılır. Ona görə də bütün siniflərdə odun sobası quraşdırmışıq. Hələ noyabr ayından məktəbə 50 kubmetrdən çox odun yanacağı verilib. Odun doğranaraq həm anbara, həm də siniflərdə odun sobalarının yanına yığılıb. Məktəbimiz demək olar qış mövsümünə tam hazırdır.

Ümumilikdə Şəmkir rayonunun məktəbləri üçün 1294 kubmetr odun tədarük olunub və təhsil müəssisələrinə paylanılıb. Hazırda məktəblərdə sanitar təmizlik və dezinfeksiya işləri  aparılır. Qabaqlayıcı tədbirlərə ilk olraq rayon mərkəzindəki təhsil ocaqlarından başlanılıb.

Firuzə İmanova Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta məktəbin direktoru Həmçinin  bizim məktəbdə də bu gün deznfeksiya işləri aparılıb. Istilik sistemimiz yoxlanılıb və işlək vəziyyətə gətirilib. Fevral ayının 1-də şagirdlərimizi məktəbdə gözləyirik.

Şəmkirdəki 78 məktəbin hamısı fevralın 1-dək dezinfeksiya edilərək dərslərin keçirilməsi üçün üçün hazır vəziyyətə gətiriləcək.  

Natiq Hüseyn