• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2240
— 26.01.2021 20:37

Xırdalandakı partlayışla bağlı cinayət işi açıldı

KepezTV Player

Abşeron rayonunda ikimərtəbəli yaşayış evində baş vermiş partlayışla bağlı cinayət işi açılıb.

Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. İlkin olaraq müəyyən edilib ki, 61 yaşlı Ziyafət Musayevaya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Nəsibə Zeynalova küçəsi, bina 1b ünvanında yerləşən 2 mərtəbəli evdə qaz sızması səbəbindən partlayış baş verib. 33 yaşlı Aytən Musayeva və onun 9 yaşlı qızı Fatimə Musayevanın meyiti FHN-in xilasediciləri tərəfindən aşkar edilib.Qadının əri 38 yaşlı Vüsal Musayev və oğlu 12 yaşlı Firudin Musayev, həmçinin 15 yaşlı Xədicə Şükürzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Partlayışın təsirindən yaxınlıqda yerləşən digər binanın 4 sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Orada yerləşən mənzillərə və 4 avtomobilə ziyan dəyib. Fakt üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.