• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2081
— 26.01.2021 12:38

Xırdalanda dağıntılar altında qalan uşaq axtarılır

KepezTV Player

Abşeron rayonu Xırdalan şəhərində baş verən partlayış nəticəsində yaralananlardan 5 nəfər evə buraxılıb.TƏBİB-dən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən Emil Əliyev, Arif Hüseynov, Firudin Musayev, Simayə Ələzova və Xədicə Şükürzadənin vəziyyətləri qənaətbəxş olub. Digər xəsarət alan Vüsal Musayevin müalicəsi isə davam etdirilir. Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə ikimərtəbəli fərdi yaşayış evində partlayış nəticəsində uçqun baş verib. Ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Dağıntılar altında qaldığı ehtimal olunan uşaq 9 yaşlı Fatimə Musayevadır. Onun atası reanimasiyada müalicə alan Vüsal Musayevdir. Anası 33 yaşlı Aytən Musayevanın isə meyiti çıxarılıb.