• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2317
— 24.01.2021 19:09

"Kəpəz" "Sabah"a doğru

KepezTV Player

Kubokun ilk mərhələsindən, 1/8 finaldan trofey uğrunda mübarizəyə start verən “sarı-göylər”in püşkdə bəxtinə “Sabah” düşüb. O, klub kimi “Kəpəz”in Premyer Liqadan düşməsi ilə elitaya yüksəlib. Həftə boyunca kubok matçının hazırlığına diqqət ayıran gəncəlilər uğurlu nəticəyə kökləniblər.

Bir vaxtlar qazandığı 4 kubokla turnirin ən titullu komandası kimi rəqibləri üçün əlçatmaz olan “Kəpəz” son illərdə 1-2 mərhələ güclə keçir. Amma “sarı-göylər”i “asan yem” hesab etmək olmaz. Baxmayaraq ki, “Kəpəz” ilə “Sabah” fərqli yarışların təmsilçiləridir. Elita ilə divizion arasında müqayisə aparmaq üçün bir xeyli məqam sadalamaq olar. Elə bu səbəbdən elita klubu cütün güclüsü sayılır. Bununla belə “Neftçi”yə qarşı yoxlama görüşü və qeydə alınan minimal hesab Gəncə klubunun istənilən rəqiblə oynaya biləcəyini göstərib. İstək, həvəs olan yerdə nəticə qazanmaq mümkündür.

Mövsümün əvvəlində “Sabah” komandasından Zahid Mərdanov ilə Emil Qasımov “Kəpəz”in heyətinə transfer olunub. Bu iki futbolçu sabiq komandasına qarşı oynamaq imkanı qazanıb.

“Sabah” – “Kəpəz” matçı yanvarın 25-də Bakıda keçiriləcək. Görüş saaat 17:00-da başlayacaq. Azərbaycan Kubokunda bu mərhələnin oyunları bir qarşılaşmadan ibarətdir.