• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2008
— 24.01.2021 19:12

Xüsusi risk qrupuna aid şəxslər peyvənd olunur

KepezTV Player

Gəncədə və Göygölün Murovdağ qəsəbəsində yaşayan Kəlbəcər rayonunun xüsusi risk qrupuna aid sakinləri koronavirusa qarşı peyvənd edilir. Artıq 31 tibb işçisinə qarşı vaksin olunub. Proses təyin olunan qrafiklə ardıcıl olaraq həyata keçilir.

Gəncədə yerləşən Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında koronavirusa qarşı peyvənd üçün təlimata uyğun olaraq 5 xüsusi otaq ayrılıb. İlkin olaraq gətirilən 97 doza peyvənd tibb işçilərinə vurulur. Müraciət edən şəxs sosial izolyasiya qaydalarına uyğun olaraq ara məsafəsi saxlamaqla, maskadan istifadə etməklə qeydiyyata alınır.

Xanım Allahverdiyeva - tibb bacısı: Peyvənd olundum, özümü yaxşı hiss edirəm, ümumi vəziyyətim yaxşıdır. Hamıya da məsləhətim budur ki, gəlsinlər vurdursunlar, qorxmasınlar. Heç nədən çəkinməyin.

Zərnigar İbrahimova - tibb bacısı: Gəldik peyvənd vurdurduq. Özümü yaxşı hiss edirəm. Heç bir narahatçılığım yoxdu. Peyvəndin vurulması ən gözəl vasitədir.Gələcəkdə heç bir xəstəliyə koronavirusa yoluxmasınlar. Hamıya da məsləhət görürük ki, gəlsinlər peyvənd olsunlar.

Vaksin vurulan hər bir şəxsə tibbi pasportlar verilir. Burada peyvəndin vurulduğu tarix, həmçinin ikinci peyvəndin vaxtı yazılır. Vaksin əsasən18 yaşdan yuxarı və xüsusi risk qrupuna aid olanlara vurulur.

Səadət Əliyeva - Kəlbəcər RMX Publik Hüquqi Şəxsin direktoru: Biz - Kəlbəcər rayon əhalisi 54 rayonda yaşayır. Ancaq bizim xidməti ərazimiz Gəncə şəhəri və Göygöl rayonunun Murovdağ qəsəbəsindəki insanlara xidmət edirik. Bu da 17 minə qədər əhali hesab olunur. Koronavirus xəstəliyi keçirən insanlara 6 ay müddətinə vurmaq olmaz. Əgər 3 ay müddətinə özü istəyirsə onda onun qanı yoxlanılır, titri azdırsa vurmaq olar.

Kəlbəcər rayonunda fəaliyyət göstərən Rayon Mərkəzi Xəstəxanası və 2 Ailə Sağlamlıq Mərkəzində ümumilikdə 196 nəfər tibb işçisi çalışır. Onların vaksinasiyası yekunlaşdıqdan sonra, yaşı 65-dən yuxarı olanlar və ardıcıl olaraq digər şəxslər peyvəndə cəlb oluncaq.

 

Elnur Vahidoğlu