KepezTV Player
Dövlət Sosial Müdafiə Fondu tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri yekunlaşmaq üzrədir.
Postmüharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində şəhidlərimizdən artıq 2783 nəfərin 7127 ailə üzvünə sosial ödənişlər təyin olunub. Bu sahədə işlərin operativ şəkildə yerinə yetirilməsi məqsədilə sosial ödəniş təyinatları üçün şəhid ailələri üzvlərindən zəruri sənədlər istənilmədən, bu sənədlər Fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla sosial ödənişlər təyin olunur. Təyinatlar elektron qaydada, proaktiv şəkildə həyata keçirilir.
- Baxış: 175