• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1919
— 22.01.2021 15:52

Gələn aydan məktəblər açılır

KepezTV Player

Orta məktəblərin 5-9-cu siniflərində, peşə təhsili və ali təhsil müəssisələrində əyani tədrisin qismən bərpa edilməsi ilə bağlı qərar fevralın 1-dən sonrakı iki həftə ərzində veriləcək. Bu qərar yoluxma göstəriciləri nəzərə alınaraq qəbul olunacaq. Bölgələrdə koronavirusa yoluxma daha aşağı olduğundan daha tez açılmaların mümkünlüyünə toxunan Emin Əmrullayev bəzi məktəblərdə əyani tədirisin niyə həftədə üç dəfə salınması məsələsinə də aydınlıq gətirib.

Qaydalar özəl təhsil müəssisələrinə də aiddir. Nazir övladlarını məktəbə göndərməyə tərəddüd edən valideynlərin diqqətinə çatdırıb ki, teledərslər tədris ilinin sonuna qədər davam edəcək. Əyani tədris zamanı fiziki dərslərin keçirilməsi müvəqətti olaraq dayandırılıb. Koronavirusla bağlı vaksinasiyaya cəlb olunacaq müəllimlərin siyahısı da artıq hazırdır. Bakı, Sumqayıt və Abşeronda 16 698, bölgələr üzrə isə 32 657 müəllimin yaşı 50-dən yuxarıdır. Uşaq bağçalarına gəlincə, Emin Əmrullayev həm paytaxtda, həm də bölgələrdə bu müəssisələrin fevralın 15-dək açılacağına ümid etdiyini bildirib. Repitotrluq fəaliyyəti isə fevralın 1-dən qruplarda müvafiq say gözlənilməklə bərpa olunacaq. Məktəbdaxili qiymətləndimələr barədə məlumat verən Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib ki, I yarımilin sonuna qədər distant formada qiymətləndirmədə iştirak edə bilməyəcək şagirdlər üçün növbəti bir ay ərzində məktəblərdə epidemioloji qaydalara riayət etməklə əyani formada qiymətləndirmə təşkil olunacaq. Qəbul imtahanlarında gözlənilən güzəştlərə gəlincə, çətin mövzular ixtisara salınıb və bu siyahı artıq Dövlət İmtahan Mərkəzinə göndərilib.