• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1881
— 21.01.2021 12:02

Gəncəli narkotacir 32 kiloqram marixuana ilə tutuldu

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları növbəti uğurlu əməliyyatı keçiriblər. Polislər bu dəfə narkotik alqı-satqısında şübhəli bilinən iki nəfəri yaxlayıblar. Narkotacirin yaşadığı ünvandan isə 32 kiloqrama marixuana aşkar edilib.

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Etibar Yaqubovu saxlayıblar. Baş İdarədə həmin şəxsin üzərinə baxış keçirilən zaman ondan 100 qram marixuana götürülüb.

Etibar Yaqubov saxlanılan şəxs Eldəniz qonşumdur. Onunla münasibətim var idi. 700 manata ondan almışam. Özüm istifadə etmək üçün.

Davam etdirilən əməliyyat axtarış tədbirləri ilə Etibar Yaqubova narkotiki vasitəni satan şəhər sakini Eldəniz İmanlı da saxlanılıb. Araşdırmalar zamanı müəyən edilib ki, İmanlı aylardır bu işlə məşğul olur.

Eşqin Qasımov DİN-in Mətbuat Xidmətinin əməkdaşı Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncuya məxsus şəhər ərazisində iki fərdi yaşayış evinə baxış keçirilib. Oradan ümumilikdə 11 qutu 32 kiloqram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar ekspertizaya təqdim olunub.

Elədniz İmanlıya məxsus müxtəlif ərazilərdə yerləşən evlərə baxış keçirilən zaman aşkarlanan narkotik vasitələrin qara bazarda dəyəri təxminən 300 min manata yaxındır. Elə saxlanılan şəxs də toxumlarını Gürcüstandan əldə etdiyi narkotiki satıb varlanmaq istədiyini etiraf edib.

Eldəniz İmanlı saxlanılan şəxs Toxumunu Gürcüstandan gətirdim. Öz həyətimdə əkdim. Becərdim dərdim satmaq istədim amma nəsib olmadı.

Narkotiki xüsusi qutularda qabalaşdıraraq satan Eldəniz İmanlı və onun müştərisi Etibar Yaqubov barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. Dəstənin digər üzvlərinin tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.  

Natiq Hüseyn