• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1978
— 20.01.2021 16:19

Pandemiya dövründə könüllülərin fəaliyyəti

KepezTV Player

Bu gün dünyada minlərlə insan təmənnasız əmək sərf edərək, cəmiyyətin həyat fəaliyyətinin yaxşılaşdırılmasında könüllü olaraq böyük rol oynayır. Könüllülük hər hansı bir sahədə ehtiyacı olana yardım etməyi qarşısına məqsəd qoyaraq müəyyən tədbir və layihələrdə həyata keçirilən xidmətdir. Koronavirus pandemiyası bu sahəyə təsir göstərsə də, gənclər öz fəaliyyətlərindən geri qalmır, fəallıq nümayiş etdirirlər.

Karantin dövründə könüllülər aktivlik göstərərək, covid-19  və  şəhid ailələri ilə bağlı bir sıra layihələr həyata keçirib,həmçinin müharibə zamanı arxa cəbhədə əllərindən gələn köməyi əsirgəməyiblər.

Könüllülük fəaliyyətini sevə-sevə reallaşdıran gənclərin məqsədi dövlətə xeyirli vətəndaş olaraq yetişməkdir. Bu işdə onlara dəstək də var.

Könüllülük və könüllü fəaliyyətlə məşğul olmaq nə qədər çətin bir iş olsa da, gənc könüllülər heç bir əngəl tanımayaraq, əzmlə, səylə bu etimadı doğrultmağa çalışırlar.

 

Qənirə Abbaszadə