KepezTV Player
Ombudsman Səbinə Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə videomüraciət edib. Müraciətdə 31 il əvvəl SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı qeyri-insani və xəyanətkar siyasəti nəticəsində insanlığa qarşı törədilən qatı cinayət hadisəsindən bəhs edilir, 20 Yanvar faciəsinin xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunduğu bildirilir. "Bu həm də öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirən bir tarixdir" - deyə qeyd olunur.
- Baxış: 279