• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1786
— 20.01.2021 11:58

“Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb

KepezTV Player

Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı tapşırıq verilib və biz artıq bununla bağlı işlərə başlamışıq. Bunu Mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti ilə görüşündə bildirib. Biz də öz növbəmizdə bu quruculuq işlərinə töhfə verərək dünya ictimaiyyətinə mədəniyyətimizin beşiyi olan Şuşa və Qarabağ ərazisini tanıtmalı, təbliğ etməliyik deyən nazir “Nizami ili” ilə bağlı keçiriləcək tədbirlər haqqında da fikirlərini bölüşüb. Vurğulayıb ki, dahi Nizami Gəncəvinin yubileyi Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də qeyd ediləcək.