• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 862
— 17.01.2021 20:09

Qan ver yaşat

KepezTV Player

Qan vermək insan həyatı üçün çox faydalıdır. Bundan başqa qan vermək həyat xilas etmək deməkdir. Bu yolla kiməsə köməklik etmiş oluruq. Bir sözlə qan ver özünü və başqasının həyatını yaşat.

18 yaşından 65 yaşına kimi bütün sağlam insanlar donor ola bilər. Kişilərdə ən tez 2 ayda bir, qadınlarda isə ən tez 3 ayda bir olmaqla ildə 4 dəfədən çox olmamaq qan vermək məqbul sayılır. Çünki hüceyrələrin yenilənməsi minimum 2 aya qədər vaxt alır. Çəkisi 50 kiloqramdan çox olan hər kəs davamlı qan verməklə orqanizmi üçün xeyirli iş görmüş olar.

Solmaz Zeynalova - Mərkəzi Qan Bankının Gəncə bölməsinin həkimi: Təzyiqi olan insan qan verdikdə təzyiq bir neçə ay onda normallaşır. Qan dövranı yaxşlaşır, sürətli qan dövranı normaya düşür. Sümük iliyində fəallıq əmələ gəlir, sümük iliyi bədən üçün yeni qan təchiz edir. Bütün sağlam şəxslər qan vermədən qorxmasınlar. Əksinə qan vermək insanı gümrahlaşdırır. Qan təzələnir, qan vermədən sonra özünü yaxşı hiss edir.

Qərb bölgəsində 192 nəfər qan xəstəliyindən əziyyət çəkir ki, bunlarından 122-I talasemiyya, 70-i isə hemofilya xəstələridir. Bu cür xəstələrinin sayının çox olması isə qana olan təlabatı daha da artırır. Mərkəzi Qan Bankının Gəncə bölməsinə müraciət etməklə qana ehtiyacı olanlara yardım etmiş olarıq.

Solmaz Zeynalova - Mərkəzi Qan Bankının Gəncə bölməsinin həkimi: Əhaliyə müraciət edərək hamını qan verməyə çağırıram. Çünki qan xəstələrimiz çoxdu. Talasemiyya, hemafilya, dialez xəstələrimiz getdikcə artır. Gəncə regional bölmədir. Bütün regionu qanla təmin edir. Qan təchizatından insanlar narazı qalmamalıdırlar. Həkimlərimiz də xəstə yiyələrinə başa salsınlar ki, heç olmasa bir nəfər gətirsinlər ki, onun xəstəsinə qan vesrin. Belə olmadıqda işmizi çox çətinləşər, xəstələr qansız qala bilər. Bütün qruplara, mənfi və müsbət qruplara ehtiyacımız var.

Səhər saat 9-dan 17-ə kimi Mərkəzi Qan Bankının Gəncə Bölməsində insanlar könüllü olaraq qan verə bilərlər. Donorlar da qan vermək üçün müraciətlər edirlər.

Yeganə Tağıyeva - donor: Bu gün könüllü olaraq gəlmişəm qan verməyə. Xalqımıza müraciət edirəm ki, gəlsinlər talasemiya və dialez xəstələri üçün qan versinlər.

Həlimə Usubova - donor: Könüllü qan verməyə gəlmişəm. Qan vermək özümüzün sağlamlığımız üçün də xeyirlidir. Xalqımızdan xahiş edirəm ki, xəstələrin şəfa tapması üçün gəlib qan versinlər. ))

Könüllü qan donoru ol və həyat qurtar. Bu qana ehtiyacı olan vətəndaşlarımızı davamlı qanla təmin etməklə yanaşı insanlıq baxımından da vacib şüardır.

Elnur Vahidoğlu