• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1063
— 16.01.2021 16:47

Gəncədə COVID-19 xəstələrinə cinayət işi başlanılıb

KepezTV Player

Gəncədə koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakinləri Orxan Məmmədov, Elnurə Verdiyeva və Sənan Hacıyevin təcrid qaydalarına riayyət etməyərək, müalicə almalı olduqları halda sağalmadan yaşadıqları evi tərk etmələri aşkar olunub.Polis əməkdaşları tibbi prosedurlar qaydalarını gözləməklə onları yaşadıqları evə göndərib.

Koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə aparılan tədbirlər nəticəsində Gəncədə ümumilikdə 30 nəfərin xəstəliyə yoluxduğu halda yaşayış yerini tərk etməsi aşkarlanıb ki, həmin şəxslər barəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.