• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1664
— 16.01.2021 12:45

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

KepezTV Player

Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vuran, ali təhsilli, 28 yaşınadək vətəndaşlar yanvarın 18-dən fevralın 9-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.Namizədlər hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilən şəxslər qəbul imtahanlarına buraxılırlar. Kursu müvəffəqiyyətlə başa vuran kursantlara leytenant hərbi rütbəsi verilir. Zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar. Tələb olunan sənədlərin siyahısı ilə Müdafiə Nazirliyinin rəsmi saytında tanış olmaq olar.