KepezTV Player
Dünyada son sutkada 697 485 nəfər koronavirusa yoluxub, 15 835 nəfər ölüb. Son 24 saat ərzində yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın, Avropanın payına düşüb. Digər yerləri isə Afrika bölüşür. Bu arada koronavirusun diqqət yetirilməsi vacib olan 2 nadir simptomu müəyyən edilib. Bu barədə britaniyalı alim Timoti Spektor bildirib. O, qeyd edib ki, bunlardan biri "kovid dili" adlanır ki, bu da ağızda yaralarla və ya dildə yüngül ləkələrin yaranması ilə müşahidə edilir. Amma bu simptom o qədər də təhlükəli deyil və bir neçə gündən sonra yox olur. Lakin diqqətli olmaq vacibdir, çünki koronavirus infeksiyasına işarədir. Mütəxəssis digər simpitom kimi dəri aşılanmasını göstərib.
- Baxış: 200