• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2390
— 14.01.2021 20:36

Ermənistanın raket zərbələri sənədləşdirilib

KepezTV Player

44 günlük münaqişə zamanı Ermənistan silahlı qüvvələri Azərbaycanda dinc sakinlərə hücum üçün qeyri-dəqiq ballistik raketlərdən, idarə olunmayan yaylım atəşli raket sistemlərindən və artilleriyadan istifadə edib. Bu barədə "Amnesty International" təşkilatının hesabatında deyilir. Qeyd olunur ki, yaşayış məntəqələri yaxınlığında qeyri-dəqiq silahlardan istifadə müharibə qanunlarının pozulması deməkdir."Amnesty International" nümayəndələri Azərbaycanda raket zərbələri endirilmiş yerlərə baş çəkiblər. Təşkilat erməni qoşunlarının dinc şəhər və kəndlərə endirdiyi və 72 dinc sakinin həlak olduğu 8 raket zərbəsi faktını sənədləşdirib.