• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1460
— 13.01.2021 16:10

Azərbaycan XİN-i Ermənistan XİN-in əsassız ittihamlarını rədd edir

KepezTV Player

"Ermənistan Xarici İşlər Nazirliyinin guya ki, 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız bəyanatı bu ölkənin hələ də uydurma propaqandadan əl çəkmədiyini, xalqlararası nifaq və düşmənçiliyi qızışdırmaq niyyətini göstərir". Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Ermənistan XİN-in bugünkü bəyanatını şərh edən zaman belə deyilib. Ermənistan uydurma təbliğat xarakterli məlumatlar yaymaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddət ərzində bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını gizlətmək məqsədini güdür.Azərbaycan XİN-i Ermənistan XİN-in əsassız ittihamlarını rədd edir və bu ölkəni üçtərəfli bəyanatlar ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq və beynəlxalq hüququn aliliyi prinsiplərindən çıxış edərək davranmağa çağırır.