• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2046
— 13.01.2021 09:27

Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Layihəyə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr - Zəfər Günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid olunur. Digər bir dəyişikliklə isə hər il sentyabrın 27-si işğal altındakı torpaqların azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - “Azərbaycan Respublikasında Anım Günü”dür. Həmin gün iş günü hesab edilir. Prezident İlham Əliyev həmçinin, Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri də təsdiq edib. Dəyişikliklər "UEFA-2020" futbol çempionatı ilə bağlı vergidən azadolmanın müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur.