KepezTV Player
Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq icazə olmadan qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan şəxslərə qarşı nəzarət tədbirləri davam etdirilir.
Bu istiqamətdə keçirilən növbəti əməliyyat nəticəsində Xaçmaz rayonunun Turist kəndi ərazisində qanunsuz balıq ovu ilə məşğul olan 9 nəfərdən ibarət dəstə saxlanılaraq istintaqa cəlb olunub.Onlardan hər birinin qiyməti 220 manat olan 64 ədəd nərə balığı, 2 ədəd qızıl balıq və qanunsuz ovda istifadə etdikləri xüsusi vasitələr aşkar edilərək götürülüb.
- Baxış: 646