KepezTV Player
İşğaldan azad olunan Hadrutda bərpa işlərinə başlanılıb. Qəsəbə ərazisində istiqamətverici nişanlar quraşdırılır. Həmçinin ərazidə yer adları əks olunan lövhələrin vurulması prosesi gedir. Qəsəbədə artıq infrastruktur bərpa işlərinə start verilib. İlkin mərhələdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin üzvləri qəsəbədə ünvanları təyin edib, küçə adları bərpa olunub. Küçə adları divarlara vurulur. Hadrut küçələrinə Azərbaycanın tarixi şəxsiyyətləri ilə yanaşı, Milli Qəhrəman və Qarabağ müharibəsində şəhid olan şəxslərin adları verilib.
- Baxış: 268