O, qanı ilə tarix yazdı. Bu qəhrəmanın ən böyük arzusu Qarabağın incisi olan, Şuşanı görmək idi. Elə Şuşanı gördükdən sonra da şəhadətə yüksəldi.
Abbasquliyev Nadir Elçin oğlu Qafqazın ən böyük parkı -Gəncədəki Heydər Əliyev parkının mühafizə xidmətində işləyirdi. İş yoldaşları deyir ki, arzusu Qarabağda-Şuşada belə bir parkın olması idi. Heç şübhəsiz igidmizin ölmədən öncə dilədiyi arzusu yerinə yetəcək. Qarabağda saysız hesabsız parklar salınacaq...
Şəhidimizin iş yerini gördükdən sonra ailəsinə baş çəkməyi özümüzə borc bildik.
Elçin Abbasquliyev - şəhid atası: Oğlumla fəxr edirəm, Ali baş komandana minnətdaram. Oğlum "Vətən ugrunda" medalı ilə təltif olundu.
Aygün Abbasquliyeva - şəhidin anası: Nadirlə fəxr edirəm.
Şəhidlik elə bir zirvədir ki, ora ancaq layiq olanlar yüksəlir. Nadir də şəhidliyi sidq ürəkdən arzulayanlardan idi. Hər zəngində deyirdi ki, “Qapımızı təmiz saxlayın”. Çünki, bilirdi bir gün böyüyüb boya başa çatdığı evə ən ali zirvəyə yüksələrək qayıdacaq.
Ata nənəsi ilə bir evdə böyüyən uşaqlar hər zaman nənələrinə, nənələrdə ilk nəvələrinə bir başqa bağlı olurlar. Ağbirçəyimiz ona oğul qədər əziz olan nəvəsini itirməsinə baxmayaraq, qürurlu və mətindir. Deyir ki, başımızı dik tutmalıyıq, boynu bükük durmaq bizə yaraşmaz.
“Qarabağ Azərbaycandır!” ifadəsini qanları ilə reallaşdıran bütün şəhidlərimizə minnətdarıq. Şəadətin mübarək olsun.
Nərgiz Əhmədqızı
- Baxış: 357