• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1463
— 26.12.2020 12:26

190 manat birdəfəlik ödəmələrin verilməsinə başlanıldı

KepezTV Player

Ölkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb. Bu barədə Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. Birdəfəlik ödəmələr ötən gündən vətəndaşlara ödənilir: "Artıq banklar ödəmələrin icrasına başlayıb. Ümumilikdə təxminən 600 min nəfərə 190 manat veriləcək. Birdəfəlik ödənişlər bu ayın sonuna qədər həyata keçiriləcək ".