• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1470
— 25.12.2020 19:40

Koronavirusa qarşı peyvəndin tətbiqi

KepezTV Player

Bəzi ölkələrdə start götürən vaksinasiya prosesi koronavirusla mübarizədə yeni dönəmin başladığını deməyə əsas verir. Dünyanın düzənini dəyişən virusa qarşı ölkəmizə də peyvəndin gətirilərək tətbiqi istiqamətində tədbirlər görülür.

COVID-19-dan qorunmaqla yanaşı ona qarşı imunitetin də yaradılması olduqca vacib əhəmiyyət daşıyır. Xüsusən də virusa yoluxmadan xilas edən peyvəndin tətbiqi ilə buna nail olunması günümüzün aktual məsələləri sırasındadır. Artıq bəzi ölkələrdə müxtəlif vaksinlərin tətbiqinə başlanılıb və yaxın zamanda ölkəmizdə də prosesə başlanılması gözlənilir.

Hələlik kütləvi vaksinasiya prosesi gözlənilmir. Könüllülük əsasında ilk olaraq yaşı 65-dən yuxarı olanlar və tibb işçiləri peyvəndə cəlb ediləcək. Dövlət hesabına aparılacaq peyvəndləmə heç də koronavirusla bağlı tələblərə əməl edilməsinin ikinci plana keçməsi anlamını vermir.

Əhalinin sağlamlığının qorunmasında peyvəndləmə dövlət tərəfindən vacib hesab edilir və Peyvəndləmənin bir neçə mərhələdə həyata keçiriləcəyi planlaşdırılır.