• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1457
— 25.12.2020 15:36

Şəhid ailələri diqqət mərkəzindədir

KepezTV Player

Müddətdən artıq hərbi qulluqçu Orxan Həsənov vətən müharibəsində qəhrəmanlığı ilə seçilib. Orduda 5 ilə yaxın idi xidmət edən çavuş da müharibə başlıyanda düşmənə sipər olanlardan olub. Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri və Şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat birliyinin kollektivi şəhidin evində olub. Atası Birinci Qarabağ müharibəsinin iştirakçısı olan şəhidin Mənzil Komunal Təsərrüfat İstehsalat birliyində işlədiyi, Orxan Həsənovun Füzuli istiqamətində gedən ağır döyüşlərdə ali zirvəyə yüksəldiyi vurğulanıb. Şəhidin ailəsinə sovqat, övladlarına hədiyyələr verilib.

Şəhid Səyyar Arazov isə Vətən müharibəsində Murovdağ yüksəkliyinin azad edilməsində iştirak edib. Əsgər Arazov döyüş meydanında düşmənə ağır zərbələr endirib. Şəhidlik zirvəsinə yüksələn Səyyarın evində olan şəhər rəsmiləri ailəsi ilə söhbət edərək qayğıları ilə maraqlanıblar. Onun qəhrəmanlığından danışılıb. Şəhidin ailəsinə sovqat təqdim olunub.

Əsgər Asim Süleymanov isə Ağdərə, Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. Hərbiçi yoldaşları ilə düşmənə ağır zərbələr vurub. Döyüşlərin birində düşmənin snayper gülləsindən şəhid olub. Şəhidin evində olan şəhər icra hakimiyyəti başçısının müavini və kommunal xidmətin əməkdaşları ailəsinin paroblemlərini dinləyib, onlara yardımm ediblər.