• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1454
— 25.12.2020 09:03

"CoronaVac"ın Türkiyə üzrə nəticələri 91,25% effektiv olub

KepezTV Player

Türkiyə hər hansı vaksini seçməzdən əvvəl onu öz əhalisi arasında kliniki sınaqdan keçirməyin faydalı olduğunu nəzərə alaraq, inaktivləşdirilmiş "CoronaVac" vaksininə üstünlük verib. Ölkənin səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, minlərlə könüllü arasında aparılan tədqiqat zamanı iştirakçılardan cəmi 40 nəfər virusa yoluxarsa, tədqiqat mərhələsi yekunlaşacaq. Hazırda cəmi 29 nəfər yoluxub ki, onlardan 26 nəfər həqiqi vaksin deyil, "placebo" vurulmuş şəxslər olub. Hazırda tədqiqatın nəticələrinə əsasən, 7300-dən artıq könüllü arasında cəmi 3 nəfər peyvənd olunmuş şəxsdə PCR testlərinin nəticəsi pozitiv çıxıb. Həmin 3 nəfər isə yüksək riskli şöbələrdə çalışan səhiyyə işçiləri olub. Sinovac şirkətinin hazırladığı "CoronaVac" vaksininin Türkiyə üzrə nəticələri 91,25% effektivlik göstərib.