• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1469
— 25.12.2020 09:14

Büdcənin prioritetləri

KepezTV Player

Milli Məclisin ötən günkü iclasında 2021-ci il dövlət və icmal büdcənin layihələri müzakirəyə çıxarılıb. Növbəti ilin  büdcə layihəsinin  əsas prioritetləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasıdır.İqtisadiyyat naziri Mikayıl Cabbarov büdcə layihəsində işğaldan azad edilən ərazilərin bərpası, yenidən qurulması üçün 2,2 milyard manat nəzərdə tutulduğunu deyib. Həmin ərazilərə investisiya qoyuluşunun gələcəkdə turizm, kənd təsərrüfatı və digər sahələrin inkişafına şərait yaradacağı qeyd olunub.