• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1883
— 19.12.2020 19:55

Ermənistanda Matəm yürüşündə gərginlik baş verib

KepezTV Player

Ağır məğlubiyyətlə üzləşən Ermənistanda vəziyyət gərgin olaraq qalır. Bu dəfə müharibədə iştirak etmiş işğalçı Ermənistan ordusunun veteranları, adi vətəndaşlar və ölən hərbçilərinin qohumları baş nazir Nikol Paşinyanı matəm yürüşü zamanı “Yerablur” qəbiristanlığına buraxmaq istəməyib. Polis qüvvələri hökumət rəsmilərinə yol açmağa çalışıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Paşinyana etiraz edənlər arasında gərginlik baş verib.Baş nazir və onu müşayət edənlər polis gücü ilə məzarlığa daxil olub. Bu zaman ona qarşı şüarlar səsləndirilib.