• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1792
— 19.12.2020 16:29

Vətəni qorumağı özünə borc bilən qazi

KepezTV Player

Torpaqlarımızın azadlığı ilə başa çatan 44 günlük Vətən müharibəsində neçə-neçə oğul canından keçib, sağlamlığından oldu. Təbii ki, savaş itkilər deməkdir və bunsuz məqsədə nail olmaq da mümkün olmazdı. Müzəffər Ordumuzun qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməsində əməyi keçən mərd oğullardan biri haqda danışacağıq qarşıdakı sujetdə.

Qəhrəman Azərbaycan əsgəri Kənan Nağıyev. Döyüş tapşırığını yerinə yetirərkən yaralanıb, kontuziya alıb, nitqində problemlər yaranıb. Amma sağlamlığını itirdiyinə görə qətiyyən peşman deyil. Vətənin dar günündə cəbhəyə getməsindən fəxarət hissi ilə danışır.

Kənan döyüşə könüllü olaraq yollanıb. Hələ Tovuzda məlum iyul hadisələri zamanı erməni təxribatlarına cavab vermək üçün ordu sıralarına yazılıb. Vətən müharibəsi başlayanda çağırış vərəqəsi alıb. Əvvəlcə Murov istiqamətində, daha sonra Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər yoldaşlarını və zabitini yaralı halda savaş meydanından çıxarmaqla qəhrəmanlıq göstərib. Döyüşlərin birində özü də yaralanıb.

“Qisas qiyamətə qalmadı” deyən ailənin yaxını Bəyanət Qasımov da I Qarabağ döyüşlərinin iştirakçısıdır. O, ordumuzun qələbəsi ilə qürur duyduğunu, bu günləri gördüyü üçün xoşbəxt olduğunu söyləyib.

Dost-tanışları Kənan kimi qalib ordunun əsgərləri ilə fəxr etdiklərini bildirir, onlar haqqında ağızdolusu danışırlar.

Kənan Nağıyev qarşıdakı günlərdə müalicəsinin növbəti mərhələsi üçün Bakıya yollanacaq. Həkimlər ona tam sağalması üçün əllərindən gələni edəcəklərini söz veriblər.

Azad Rəfi