• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 18.12.2020 15:52

Qeyri-qanuni fəaliyyət göstərən idman zalı

KepezTV Player

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən sanitar-karantin qaydalarını pozaraq koronavirusun yayılmasına şərait yaradan şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir. Sumqayıt şəhərində keçirilən növbəti tədbir zamanı 11-ci mikrorayon ərazisində yerləşən idman-trenajor zalının qadağan olunmasına baxmayaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Həmin zalda olan ümumilikdə 18 nəfəri aşkar ediblər. Onlardan 3 nəfəri yetkinlik yaşına çatmadığı üçün profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. İdman zalında olan 12 nəfər barəsində inzibati protokol tərtib edilərək hər biri cərimə edilib. Həmçinin obyektin sahibi Rəşad Xudaverdiyev və daha 2 nəfər işçisi saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Obyektin sahibi müvafiq olaraq 4000 manat, işçilərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.