• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1113
— 17.12.2020 16:07

Hamilə qadın təcili yardım maşınında qəzaya düşdü

KepezTV Player

Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəində yol nəqliyyat hadisəsi baş verib. Qazaxdan Gəncə istiqamətində xəstə gətirən Təcili Tibbi Yardım avtomobili yük maşını ilə toqquşub. Nəticədə Təcili Yardımın sürücüsü və Ağstafa rayon Təcili Tibbi yardım Stansiyasının tibb bacısı müxtəlif bədən xəsarətləri alıb. İlkin məlumata görə, tibbi maşın Ağstafa rayon Təcili Tibbi yardım Stansıyasına aid olub və içəridəki hamilə qadın qəzadan xəsarətsiz ötüşüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.