• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1721
— 15.12.2020 12:10

Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən restoranlardan birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları və restoranın inzibatçısı saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 10 nəfər barəsində protokol tərtib edilərək cərimə edilib. 5 nəfər barəsində isə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Şəmkir rayon Məhkəməsinin qərarı ilə restoranda inzibatçı işləyən Orxan Rzayev 10 sutka inzibati həbs edilib, təşkilatçılar - Yusif Əhmədov, Sünbül Məmmədova, Nazilə Məmmədova, Cəmilə Ələkbərova və Nəcibə Aslanova isə 200 manat məbləğində inzibati cərimə edilib.