Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayır. Müzəffər ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə vaxtilə nağıl kimi görünən həqiqətləri günbəgün bərqərar edir, işğal olunmuş ərazilərdən didərgin düşmüş əhalinin həsrətinə son qoyur. Hər gün yeni torpaqların işğaldan azad olunması ilə bağlı xoş müjdələr gəlir. bu gün isə 28 illik həsrətə son qoyulan Lacın günüdür. Uca dağların qoynunda yerləşən Lacın təkcə maddi sərvətlər beşiyi deyil, səfalı təbiəti, zəngin tarixi-mədəni abidələri ilə məşhur idi. Dünyada nadir ağac sayılan qırmızı dəmirağac meşələri bu rayonun ərazisində yerləşir. Laçın mineral suları, faydalı qazıntıları dərman bitkiləri ilə zəngin bölgədir. Burada min illərin, əsrlərin yadigarı olan mədəniyyət abidələri - mənəvi sərvətlərimiz var. İşğaldan öncə Laçın rayonunun ərazisində 200-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar qeydə alınmışdı. Mütəxəssislərin tədqiqatlarına görə, həmin abidələrin bir hissəsi eramızdan əvvələ aid idi. Təəssüf ki, işğal nəticəsində bu tarixi incilər də təcavüzün qurbanına çevrildı. Kecmişimizin yadigarları, milli mədəniyyət abidələrimizin bir qismi qəddarcasına talandı, qalanlar isə saxtakarcasına erməniləşdirildi. Lakin bütün bunlar bizi qorxutmur. Biz Yandırılmış talan edilmiş obalarımızı yenidın quracağıq.. Lacına həyat qayıdacaq.
Nənələrimizin bayatılı-ağılı oxşamalarında əzizlənən xınalı daşlarında kəkliklərinin izi, gözəllərinin bulaq suyu kimi dupduru gözü, müdriklərinin ağsaqqal sözü yenə yaddaşımızı təzələyəcək. Laçının təbiətinin vəsfi şeirin, musiqinin ritminə köklənib.
- Baxış: 330