KepezTV Player
Rusiyanın "Dojd" telekanalı "Burada və İndi" layihəsi çərçivəsində Ermənistanın işğalından azad edilmiş Azərbaycanın Füzuli şəhərinin hazırdakı görüntülərini yayıb. Reportajda rayonda tutqun mənzərənin hökm sürdüyü qeyd olunur. "Hər yerdə dağılan binalar, vurulmuş hərbi texnika, erməni hərbçiləri tərəfindən tərk edilmiş döyüş sursatları", deyə vurğulanır. Reportajda 1890-cı ildə inşa edilmiş və hazırda dağıdılmış Hacı Ələkbər məscidinin görüntüləri yer alıb. Bildirilib ki, məscidin yalnız divari qalıb.<br>Ardınca qəbiristanlığın görüntüləri göstərilib. "Burada qəbir daşları dağıdılıb.<br>Onlar ölülərlə döyüşürdü", - müxbir belə deyib.
- Baxış: 155