• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1560
— 30.11.2020 12:17

Dağıdılan abidələr Türkiyə mediasında

KepezTV Player

Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Füzuli şəhərində ermənilərin dağıtdığı tarixi və mədəni abidələrdən biri də görkəmli memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmiş Hacı Əli Əkbər Məscididir. "Anadolu" agentliyinin bölgədən hazırladığı reportajda bildirilir ki, Qarabağın və Azərbaycan memarlığının görkəmli simalarından biri olan Qarabağinin tikdirdiyi Hacı Əli Əkbər Məscidindən geriyə minarə və sütunların dağıntıları qalıb. Füzulinin 1993-cü ildə işğalı zamanı şəhərin bir çox memarlıq abidəsi kimi sözügedən məscid də ermənilər tərəfindən tamamilə dağıdılıb.  Bununla yanaşı, şəhər qəbiristanlığı da işğal zamanı yerlə-yeksan edilib. Qəbiristanlıqda kiril əlifbası ilə yazılmış bir çox müsəlman qəbrinin olduğu bildirilir. Orada şəhərin bir çox tanınmış siyasətçisi və sənətkarının heykəlləri dağıdılmış vəziyyətdə tapılıb. Füzuli şəhər mərkəzi və kəndlərinin əksəriyyəti 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilmişdi. Füzuli Azərbaycan Ordusu tərəfindən 17 oktyabrda işğaldan azad olunub.